- 14:48
Misirin Hurqada şəhərindən Böyük Britaniyanın Mançester şəhərinə uçan "EasyJet" təyyarəsi pilotun huşunu itirməsi səbəbindən təcili eniş edib.
E-huquq.az "Lenta.ru"ya istinadən xəbər verir ki, hadisə fevralın 8-də baş verib.
Məlum olub ki, uçuş zamanı pilotlardan biri huşunu itirib, bu səbəbdən təyyarə Afinada təcili eniş edib. İkinci pilot təyyarəni təkbaşına endirməli olub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Humay Eminqızı