Süni intellekt doğru diaqnoz qoydu


  • 10 Fevral 13:06

Süni intellekt xəstəlikdən əziyyət çəkən 4 yaşlı uşağa doğru diaqnoz qoyub.

E-huquq.az "Euronews"a istinadən xəbər verir ki, süni intellekt tətbiqi "ChatGTP" ABŞ-nin Miçiqan ştatında 17 müxtəlif həkimə müraciət edən, lakin xəstəliyi müəyyən edilməyən uşağa düzgün diaqnoz qoyub.

Dörd yaşlı Aleks üç ilə yaxındır şiddətli xroniki bədən ağrıları və böyümə geriliyindən əziyyət çəkirmiş, lakin uşağın xəstəliyini müəyyən etmək mümkün olmayıb.

Nəticədə azyaşlının anası son çarə olaraq süni intellektə müraciət edib. Burada o, Aleksin simptomlarını və MRT nəticələrini qısaca yazıb və "ChatGTP" saniyələr ərzində Aleksə "tethered cord sindrom" diaqnozunu qoyub.

Bu diaqnoz daha sonra həkimlər tərəfindən də təsdiqlənib və Aleks müalicəyə başlayıb.

Humay Eminqızı

Oxşar xəbərlər