- 14:48
Rusiyanın Kuban regionunda 4-cü sinif şagirdi evdə babasına məxsus silahla özünü güllələyib.
E-huquq.az xəbər verir ki, bu barədə "Kub Mash" teleqram kanalı məlumat yayıb.
Bildirilir ki, hadisə baş verən gün məktəbli riyaziyyatdan "2" alıb. O, məktəbdən evə qayıdarkən işdə olan anası Olesyaya mesaj yazaraq sağollaşıb və əşyalarını başqalarına verməsini tapşırıb. Qadın uşaqla əlaqə saxlaya bilməyib və evə qayıdanda onu xəstəxanaya aparıldığını öyrənib.
Məktəbli evdə babasına məxsus tüfəngdən istifadə etməklə başına atəş açıb. O, ciddi zədə alsa da, sağ qalıb. Qonşular təcili yardım çağırıb, hazırda məktəbli reanimasiyadadır.
Məktəblinin dərslərini yaxşı oxuduğu qeyd edilir.