Putin hökumətə inflyasiyanı azaltmağı tapşırdı


  • 19:46

Rusiya Prezidenti Vladimir Putin ölkəsində inflyasiya səviyyəsinin çətinliklər yaratdığını açıqlayıb və hökumətə inflyasiyanı azaltmağı tapşırıb.

E-huquq.az xəbər verir ki, o, bu barədə Baş naziri Mixail Mişustin ilə görüşündə bildirib.

Rusiya iqtisadiyyatında struktur dəyişikliyinə ehtiyac olduğunu deyən Putin söyləyib: "Ölkənin bütün bölgələrində yeni fabriklər və iş imkanları yaradılmalıdır. Bütün bu obyektlərin müasir idarəetmə prinsipləri və yeni texnoloji əsaslar üzərində qurulması vacibdir".

Putin, həmçinin Rusiyada süni intellekt və robot texnologiyalarından istifadənin genişləndirilməsini də tapşırıb.

Oxşar xəbərlər