Nikola Sarkozi elektron qolbaqla gəzəcək


  • 7 Fevral 21:16

Nüfuzdan sui-istifadədə və istintaq sirrini pozmaqda təqsirli bilinən Fransanın keçmiş prezidenti Nikola Sarkozi cümə günü elektron qolbaq taxacaq.

E-huquq.az xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.

Nəşr bildirib ki, Sarkozi əvvəllər məhkəməyə çağırılıb və ona cəzanın çəkilməsi qaydası izah edilib.

Xatırladaq ki, ötən il dekabrın 18-də Fransa Kassasiya Məhkəməsi Sarkozinin müdafiə tərəfinin hökmdən apellyasiya şikayətini rədd edib və qərarı qüvvədə saxlayıb. Məhkəmənin qərarına əsasən, sabiq dövlət başçısı cəzasını həbsxanada deyil, elektron qolbaqla evində çəkə bilər. Məhkəmə, həmçinin Sarkozinin üç il müddətinə seçkilərdə iştirakını qadağan edib.

Deyilənlər təsdiqini taparsa, o, Fransa tarixində elektron qolbaq taxmağa məhkum edilən ilk prezident olacaq.

Oxşar xəbərlər