Belarusda dəmir yolunda terror aktı törətməyə cəhd edənlərə ağır cəza verilib


  • 14:49

Minsk Vilayət Məhkəməsində Belarusda dəmir yolunda terror aktı törətməyə cəhd edənlərə hökm oxunub.

E-huquq.az "TASS"a istinadən xəbər verir ki, dəmir yolunda terror aktı hazırlamaqda, habelə dövlətə xəyanətdə və digər cinayətlərdə ittiham olunan Pavel Vabişeviçi 23 il müddətinə azadlıqdan məhrum edilib və 29,4 min rubl cərimələnib.

Dövlətə xəyanətdə və partlayıcı maddələrin, qurğuların qanunsuz dövriyyəsində ittiham olunan Andrey Zinenko isə 12 il həbs və təxminən 7,4 min dollar cərimə olunub.

Qeyd edək ki, dəmir yol xəttinin terror aktı planlaşdırılan hissəsindən keçməli olan ən yaxın qatar “Brest-Minsk-Polotsk” marşrutu üzrə 358 sərnişin daşıyan 658 nömrəli sərnişin qatarı olub.

Humay Eminqızı

Oxşar xəbərlər