- 16:22
Türkiyədə iki vəkilə odlu silahdan atəş açmaqda təqsirləndirilən şəxsə hökm oxunub.
E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, məhkəmə Bursa Vəkillər Kollegiyasının üzvü vəkil Mustafa Furkan Soydan və həyat yoldaşı vəkil İrem Beklen Soydana peşə fəaliyyətlərini həyata keçirlən zaman silahlı hücum edən şəxslə bağlı qərar qəbul edib.
İnegöl 1-ci Ağır Cəza Məhkəməsinin hökmü ilə Əkrəm A. adlı şəxs 22 il 5 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Bursa Vəkillər Kollegiyasından verilən açıqlamada peşə fəaliyyətini yerinə yetirən vəkillərə qarşı hücumlara görə ən ağır cəzanın verilməsi üçün mübarizəni davam etdirəcəkləri və həmkarlarının yanında olacaqları bildirilib.
Şəbnəm Mehdizadə