Ankarada saxta spirtli içkidən 33 nəfər ölüb


  • 12:59

Türkiyənin paytaxtı Ankarada saxta spirtli içkidən 33 nəfər ölüb.

E-huquq.az "BBC Türkçe"yə istinadən xəbər verir ki, bu barədə Ankara valisi Vasip Şahin məlumat verib.

Onun sözlərinə görə, saxta spirtli içkidən zəhərlənən 20 nəfərin vəziyyəti ağırdır.

Saxta spirtli içki satışı ilə əlaqədar aparılan araşdırmalar nəticəsində 13 nəfər saxlanılıb.

Qeyd edək ki, yanvar ayında İstanbulda ən azı 90 nəfər saxta spirtli içki səbəbindən xəstəxanalara yerləşdirilib və onlardan 38-i dünyasını dəyişib. Saxta alkoqolun səbəb olduğu ölümlərin əksəriyyəti metanol zəhərlənməsi səbəbindən baş verir.

Humay Eminqızı

Oxşar xəbərlər