- 14:49
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqda PKK/KCK-nın daha bir məsul şəxsini zərərsizləşdirib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Berhudan Harun kod adlı Murat Keleş İraqın Hakurk bölgəsində ərazisində məhv edilib.
Terrorçunun 2016-cı ildə Şırnakda təhlükəsizlik qüvvələrinin zirehli maşınına hücum edib. Hücum zamanı 1 polis dünyasını dəyişib.
Uzun müddətdir axtarışda olan terrorçu dəqiq əməliyyatla məhv edilib.
Şəbnəm Mehdizadə