Alyaska səmasında təyyarə yoxa çıxıb


  • 12:14

Alyaskada "Bering Air" şirkətinə məxsus təyyarə müəmmalı şəkildə yoxa çıxıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, təyyarədə doqquz sərnişin və bir pilot olub.

Bildirilib ki, hazırda quruda axtarışlar aparılır.

Hava şəraiti ilə əlaqədar havadan axtarışlar məhdudlaşdırılıb.

Axtarışda Milli Qvardiya, Sahil Mühafizəsi və polis qrupları iştirak edib.

Yerli icra hakimiyyəti əhalidən təhlükəsizlik və hava şəraitini nəzərə alaraq fərdi axtarış qrupları yaratmamalarını xahiş edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər