- 14:49
Türkiyənin Kütahya şəhərində fəhlələri daşıyan mikroavtobus qəzaya uğrayıb.
E-huquq.az xəbər verir ki, Kütahyanın Tavşanlı rayonunda mikroavtobus buz bağlayan yolda idarəetmədən çıxaraq aşıb.
Nəticədə 3 nəfər yaralanıb. Yaralılar Mustafa Kalemli Dövlət Xəstəxanasına çatdırılıb.
Onların həyati təhlükəsinin olmadığı bildirilib.
Şəbnəm Mehdizadə