Güclü qar Türkiyədə bir sıra fəsadlar törədib


  • 11:35

Türkiyədə yağan güclü qar bir sıra fəsadlara səbəb olub.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sakaryanın Kocaali rayonunda yağan güclü qar yollarda nəqliyyatın hərəkətini çətinləşdirib.

Yolda qalanlar Kocaali Bələdiyyəsindən kömək istəyib. Əraziyə xilasetmə qrupları cəlb edilib.

25 avtomobil bələdiyyə işçilərinin köməyi ilə xilas edilib.

900 metrlik Çam Dağı yolu isə tamamilə bağlanıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər