- 14:49
Türkiyənin İstanbul şəhərində fabrikdə yanğın başlayıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbulun Başakşehir adlı ərazisində yerləşən 2 mərtəbəli rezin fabrikində naməlum səbəbdən yanğın baş verib.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən, polis və tibb qrupları göndərilib.
Fabrikin damında köməksiz vəziyyətdə qalan 3 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib.
Yanğınsöndürmə briqadası 66 canlı qüvvə və 19 texnika ilə yanğının söndürülməsinə davam edir.
Şəbnəm Mehdizadə