Yunanıstanda fövqəladə vəziyyət elan edildi


  • 11:08

Yunanıstanın Santorini adasında fövqəladə vəziyyət elan edilib.

E-huquq.az Yunanıstanın Dövlət Televiziyası ERT-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Baş Katibliyi qərar qəbul edib. Qurum son günlər Egeydə intensiv seysmik fəaliyyətdən təsirlənən Santorinidə martın 1-dək fövqəladə vəziyyət elan edilməsinə dair qərar verib.

Həmçinin Afinadan adaya gedən mütəxəssis qrupu binalarda araşdırmaya başlayıb. Mütəxəssislər tez-tez baş verən zəlzələlər səbəbindən sürüşmə təhlükəsinə diqqət çəkərək sakinlərə diqqətli olmaq barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, Santorinidə 10 gün ərzində 7700-dən çox kiçik zəlzələ ilə silkələnib. Mümkün güclü zəlzələdən qorunmaq üçün adaya əlavə əsgərlər, polis və yanğınsöndürmə briqadaları göndərilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər