Yük maşını dərəyə aşıb: ölən və yaralanan var


  • 11:01

Türkiyənin Elazığ şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Elazığ-Malatya magistral yolunun Yalındamlar kənd məscidi ərazisində yük maşını zibil qabına çırpılaraq dərəyə aşıb.

Qəza nəticəsində 2 nəfər yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım və polis qrupları göndərilib.

Yaralılar təcili yardım maşınları ilə Fırat Universiteti Xəstəxanasına aparılıb.

Sürücünün həyatını xilas etmək mümkün olmayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər