Adanada 2 ev yanaraq külə döndü


  • 10:50

Türkiyənin Adana şəhərində fərdi yaşayış evində güclü yanğın baş verib.

E-huquq.az Türkiyə mediasına istinadən xəbər verir ki, Adananın Kösrəli məhəlləsində bir evdə başlayan yanğın küləyin təsiri ilə yaxınlıqdakı digər evə keçib.

Hadisə yerinə cəlb edilən yanğınsöndürənlər təxminən yarım saat ərzində yanğını nəzarətə götürüb.

Yanğın nəticəsində hər iki ev tamamilə yararsız hala düşüb.

Yanğının baş vermə səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər