- 14:01
Türkiyədə bəzi hakim və dövlət ittihamçısının vəzifə yeri dəyişdirilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Hakimlər və Prokurorlar Şurası hakim və dövlət ittihamçılarının müraciətləri əsasında bu barədə qərar qəbul edib.
Qərar qurumun rəsmi portalında dərc olunub.
Müvafiq olaraq, inzibati məhkəmə sistemində 13, ümumilikdə isə 268 hakim və prokuror yeni vəzifələrə təyin edilib.
Şəbnəm Mehdizadə