BVF Ukraynaya 900 milyon dollar ayıracaq


  • 6 Fevral 23:38

Beynəlxalq Valyuta Fondu (BVF) hazırkı kredit proqramına növbəti dəfə baxdıqdan sonra Ukraynaya 900 milyon dollar ayıracaq.

E-huquq.az xəbər verir ki , bu barədə BVF-nin kommunikasiyalar üzrə direktoru Culi Kozakın açıqlamasında deyilir.

Onun sözlərinə görə, kredit proqramının növbəti təftişi başa çatandan sonra Kiyevin tələbi təsdiqlənərsə, Ukraynaya əlavə pul veriləcək.

Kozak vurğalyıb: "Ukrayna təxminən 900 milyon dollar əldə edəcək".

Oxşar xəbərlər