ABŞ Qəzzaya qoşun göndərməyəcəyini açıqladı


  • 6 Fevral 23:13

Birləşmiş Ştatların Qəzza zolağına qoşun yeritmək və amerikalı vergi ödəyiciləri hesabına Fələstin anklavının bərpasını maliyyələşdirmək niyyəti yoxdur.

E-huquq.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt "Fox News" telekanalına müsahibəsində bildirib.

O deyib: "Birləşmiş Ştatların Prezidenti Donald Tramp Qəzzaya qoşun göndərməyəcəyini açıq şəkildə bildirib. Onun bunu etmək niyyəti yoxdur və o, Amerika vergi ödəyicilərinin bərpa cəhdlərini maliyyələşdirməyəcəyini açıq şəkildə ifadə edib. Prezident, Qəzzanın, əslində, sülh içində yaşamaq və real iqtisadi inkişafa sahib olmaq istəyən insanlar üçün əlverişli bir yerə çevrilməsinə çalışır".

Oxşar xəbərlər