Türkiyədə ağır qəzada 2 nəfər ölüb, 7 nəfər yaralanıb


  • 6 Fevral 16:42

Türkiyənin Aksaray vilayətində ağır yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

E-huquq.az-ın "TRT Haber"ə istinadən məlumatına görə, avtomobil qəza zolağına çıxan mikroavtobusun təkərini dəyişmək istəyənləri vurub. Qəza nəticəsində 2 nəfər ölüb, 3-ü uşaq olmaqla 7 nəfər yaralanıb.

Yaralılar təcili yardımla Aksaray Tədris və Araşdırma Xəstəxanasına aparılıb. Onların müalicəsi davam edir.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər