- 14:01
Fillipində təyyarə qəzası baş verib.
E-huquq.az TASS-a istinadən xəbər verir ki, Filippinin cənubunda özəl "Beech King Air 350" təyyarəsinin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub.
Qəza yerli vaxtla saat 14:30-da baş verib.
Hadisə yerinə ilk olaraq yaxınlıqdakı kəndlərin sakinləri gəlib və həlak olanların cəsədlərini təyyarənin qalıqları altından çıxarıblar.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Humay Eminqızı