Rusiyada 15 il əvvəl polisi öldürüb yandıranlar həbs olundu


  • 6 Fevral 13:04

Rusiyada keçmiş polis əməkdaşını öldürməkdə təqsirləndirilən şəxslərə hökm oxunub.

E-huquq.az "Lenta. ru"ya istinadən xəbər verir ki, keçmiş polis əməkdaşının qətli 2010-cu ilin yayında baş verib. Onun meyiti meşədə yanmış vəziyyətdə tapılsa da, cinayətkarları müəyyən etmək mümkün olmayıb.

Şübhəli şəxslər 2023-cü ildə saxlanılıb. Məlum olub ki, polis əməkdaşının qətlini kriminal aləmin üzvü sifariş verib. Buna səbəb tərəflər arasındakı ədavət olub.

Sifarişi icra edən 3 nəfər əlbir olub keçmiş polisin avtomobilinə yaxınlaşaraq onu güllələyib, daha sonra meşəyə apararaq avtomobillə birlikdə onu yandırıb. Onlar bu cinayət əməlinin müqabilində yarım milyon rubl alıb.

İrkutsk Vilayət Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslər müvafiq olaraq 18, 9 və 8 il azadlıqdan mərhum ediliblər.

Humay Eminqızı

Oxşar xəbərlər