- 14:01
Kanadanın Toronto şəhərində minlərlə ev və müəssisədə elektrik enerjisi kəsilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, hadisənin baş verməsinə səbəb bir dələnin transformatora toxunması olub.
Təxminən üç saat sonra elektrik enerjisinin verilməsi bərpa edilib.
Sözügedən stansiyasda heyvanların təhlükəsizliyini təmin etmək və onların stansiyaya daxil olmasının qarşısını almaq üçün bir sıra maneələrin olduğu bildirilib.
Oxşar hadisənin ötən il də baş verdiyi qeyd olunub.
Şəbnəm Mehdizadə