- 14:01
İtaliyanın Parma şəhəri yaxınlığında helikopterin qəzası olub.
E-huquq.az İtaliya mətbuatına istinadən xəbər verir ki, qəza Parmanın Kastelqelfo adlı ərazisində baş verib.
Hadisə nəticəsində iki pilot və tanınmış adamı Lorenzo Rovaqnati həyatını itirib.
Qəzaya sıx dumana görə görmə qabiliyyətinin azalması və helikopterin mühərrikində baş verən nasazlığın səbəb olduğu ehtimal edilir.
İtaliya Milli Uçuş Təhlükəsizliyi Agentliyi (ANSV) helikopterin qəzaya uğraması ilə bağlı araşdırmalara başlayıb.
Prokurorluq helikopterin qara qutusunun tapılaraq araşdırılmasına dair göstəriş verib.
İş adamının helikopterlə öz malikanəsinə getdiyi bildirilib.
Şəbnəm Mehdizadə