- 12:59
Türkiyənin Hakkari şəhərində şagirdlər arasında kütləvi zəhərlənmə olub.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məktəbdə təhsil alan 3 şagirdin günorta yeməyindən sonra halı pisləşib.
Şagirdlərin ürəkbulanma və qusma şikayəti ilə rəhbərliyə müraciətindən sonra məktəbə təcili tibbi yardım qrupu göndərilib.
57 şagird Hakkari və Yüksekova xəstəxanalarına aparılıb.
Onların səhhətinin yaxşı olduğu bildirilib.
Hadisə ilə ağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə