Avtobus yük maşınına çırpılıb, 25 nəfər yaralanıb


  • 6 Fevral 09:57

Türkiyənin Sivas şəhərində ağır yol qəzası baş verib.

E-huquq.az Türkiyıə mediasına istinadən xəbər verir ki, Sivasın Gölova məhəlləsində sərnişin avtobusunun yük maşınına çırpılması nəticəsində 25 nəfər yaralanıb.

Qəza yerinə təcili yardım, axtarış-xilasetmə, polis və jandarma qrupları cəlb edilib.

Yaralılar təcili yardım maşınları ilə xəstəxanalara aparılıb.

Hadisənin baş verməsinə səbəb güclü qar nəticəsində yolun buz bağlanması olub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər