Trampın Ukrayna üçün sülh planı bu tarixdə açıqlanacaq


  • 5 Fevral 22:36

ABŞ prezidenti Donald Trampın Ukraynadakı münaqişənin həllinə dair planı fevralın 14-də keçiriləcək Münhen Təhlükəsizlik Konfransında açıqlanacaq. Sülh planını Trampın xüsusi nümayəndəsi Keyt Kelloq təqdim edəcək.

E-huquq.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, atəşkəs planı üç əsas istiqamətdən ibarətdir.

Birincisi, münaqişənin dondurulması;

İkincisi, Rusiya qoşunlarının işğal etdiyi ərazilərin statusunun qeyri-müəyyən vəziyyətdə saxlanılması;

Üçüncüsü, Ukraynanın Moskvaya təhlükəsizlik zəmanətləri verməsi; (Rusiyanın bəzi tələblərinin yerinə yetirilməsi)

Planın təfərrüatı və müzakirənin necə keçəcəyi bilinmədiyi üçün Trampın planının qəbul olunub-olunmayacağını da söyləmək çətindir.

Oxşar xəbərlər

  • 5 Fevral 11:51
Moskvada atışma olub