Zelenski Rusiya ilə müharibədə Ukraynanın itkilərini açıqladı


  • 14:18

"Rusiya ilə müharibədə təxminən 45 100-ə yaxın ukrayna hərbçisi həlak olub".

E-huquq.az "UNİAN"a istinadən xəbər verir ki, bunu jurnalist Pirs Morqana müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Onun sözlərinə görə, müharibə nəticəsində təxminən 390 min hərbçi yaralanıb.

Zelenski əlavə edib ki, əsir götürülən ukraynalı müdafiəçilərin dəqiq sayı məlum deyil. Lakin onların sayı minlərlədir.

Ukrayna Prezidenti eyni zamanda müharibə nəticəsində minlərlə insanın itkin düşdüyünü və onların taleyindən xəbərsiz olduqlarını bildirib.

Humay Eminqızı

Oxşar xəbərlər