- 14:18
Rusiyada internetdə qrup yoldaşlarını təhqir etməkdə təqsirləndirilən tələbə qadına hökm oxunub.
E-huquq.az "Lenta.ru"ya istinadən xəbər verir ki, Moskva Dövlət Universitetinin tələbəsi əvvəlcə şəxsi mesajlarında qrup yoldaşının ünvanına təhqiramiz ifadələr yazıb, sonra isə öz sosial şəbəkə səhifəsində təhqiramiz yazılar yazmağa başlayıb. Eyni zamanda mühazirələrdə tez-tez qrup yoldaşlarının videolarını çəkərək paylaşıb.
Tələbələr bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Məhkəmə həmin tələbənin 9 min rubl cərimə ödəməsi barədə qərar çıxarıb. Eyni zamanda onun "VKontakte" şəbəkəsindəki səhifəsi silinib.
Humay Eminqızı