Moskvada atışma olub


  • 11:51

Rusiyanın paytaxtı Moskvada atışma olub.

E-huquq.az "Lenta.ru"ya istinadən xəbər verir ki, hadisə fevralın 4-də Kastanayevskaya küçəsində baş verib.

Belə ki, naməlum şəxslər mübahisə zəminində iki nəfərə atəş açıblar. Daha sonra zərərçəkmişlərdən biri zorla maşına mindirilərək naməlum istiqamətə aparılıb.

İnsidentlə bağlı 1998 və 2001-ci il təvəllüdlü iki nəfər şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı cinayət işi başladılıb.

Humay Eminqızı

Oxşar xəbərlər