Argentinada meşə yanğınları zamanı 20 min hektar əraziyə ziyan dəyib


  • 11:05

Argentinanın cənubundakı Pataqoniya bölgəsində meşə yanğınları nəticəsində 20 min hektar ərazi yanıb.

E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, ölkənin əhəmiyyətli turizm bölgələrindən biri olan Pataqoniyada iki milli parkda başlayan meşə yanğınları zamanı 20 min hektar ərazi külə dönüb.

Rəsmi açıqlamalarda turizm şəhərlərindən biri olan El Bolsonda indiyə qədər 2 min 800 hektar ərazinin külə döndüyü və 80 yaşlı bir insanın həyatını itirdiyi bildirilib.

Milli Yanğın İdarəetmə Xidmətinə məxsus hidrant təyyarəsi və iki helikopterin də söndürmə işlərinə dəstək verdiyi bildirilib.

Yanğına havadan və qurudan müdaxilə edilir.

Ölkənin cənubundakı Neuken, Rio Neqro və Çubut əyalətlərində meşə yanğınlarının davam edir.

Çubut vilayətinin Epuyen qəsəbəsində 70 evin yanıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər