- 12:03
Türkiyənin Samsun şəhərində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
E-huquq.az türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbuldan Giresuna getmək üçün yola çıxan sərnişin avtobusu Samsunun Kavak rayonunda idarəetmədən çıxaraq yük maşınına çırpılıb.
Hadisə nəticəsində avtobusun sürücüsü ölüb, 16 sərnişin isə yaralanıb.
Qəza ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə