- 12:03
Türkiyənin Antalya şəhərində ağır yol qəzası baş verib.
E-huquq.az "Anadolu Ajansına" istinadən xəbər verir ki, Antalyanın Qazipaşa rayonunda sürücünün idarəetməni itirməsi nəticəsində sərnişin avtobusu dərəyə aşıb.
Qəza zamanı 33 nəfər xəsarət alıb.
Hadisə yerinə çox sayda təcili yardım, jandarma və xilasetmə qrupları cəlb edilib.
Yaralılar Qazipaşa və Alanya xəstəxanalarına aparılıb.
Şəbnəm Mehdizadə