- 12:03
Fransada elektron siqaretlərin satışı qadağan edilir.
E-huquq.az xəbər verir ki, bu barədə ölkə parlamentində yenin qanun layihəsi müzakirəyə çıxarılıb.
163 deputatın dəstəyini alan qanun layihəsi yekdilliklə qəbul edilib.
Yeni qanuna əsasən, xüsusilə gənclərin istifadə etdiyi birdəfəlik elektron siqaretlərin istehsalı, satışı və paylanması qadağan ediləcək.
Qadağaya bu siqaretlərin pulsuz paylanması da daxildir.
Qadağaları pozanların 100 min avro, pozuntunun təkrarlanacağı təqdirdə isə cəzanın 200 min avroya qədər artırılacağı nəzərdə tutulur.
Tütünlə Mübarizə Assosiasiyasının məlumatına görə, ölkədə 13-16 yaşlı gənclərin 18 faizi birdəfəlik elektron siqaretdən istifadə edir.
Şəbnəm Mehdizadə