- 12:03
Nigeriyanın Adamava əyalətində iki yanacaq tankerinin partlayıb.
E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, Yobe Beynəlxalq Hava Limanı yaxınlığındakı yanacaqdoldurma məntəqəsində iki yanacaq tankeri naməlum səbəbdən partlayıb.
Partlayış nəticəsində xeyli insan ölüb, bəziləri yaralanıb.
Bölgəyə yanğınsöndürmə briqadaları göndərilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, ötən ay Nigeriyanın Niger və Enugu əyalətlərində iki fərqli yanacaq tankerinin partlaması nəticəsində 114 nəfər həyatını itirib.
Şəbnəm Mehdizadə