- 12:03
Türkiyədə yeni hakim və prokurorların təyinatı olub.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Hakimlər və Prokurorlar Şurasının qərarı "Resmi Gazete" hökumət qəzetində dərc olunub.
Qərara əsasən, Hakimlər və Prokurorlar Şurasında 1075 hakim və prokuror vəzifəyə təyin edilib.
Sözügedən təyinatlar 2802 saylı Hakimlər və Prokurorlar haqqında Qanunun 13-cü maddəsinə uyğun olaraq həyata keçirilib.
Şəbnəm Mehdizadə