- 12:03
Türkiyənin İstanbul şəhərində qarlı hava şəraiti ilə bəzi uçuşlar ləğv edilib.
E-huquq.az xəbər verir ki, bu barədə Türk Hava Yolları (THY) məlumat yayıb.
Meteorologiya Baş İdarəsinin proqnozlarına görə, sabah və cümə axşamı İstanbulda qar yağacağı gözlənilir.
Bununla əlaqədar olaraq aviaşirkət fevralın 5-6-da İstanbul hava limanından qalxan və İstanbula çatan bəzi reyslərin ləğv edildiyini açıqlayıb.
Şəbnəm Mehdizadə