ABŞ Prezidenti İrana maksimum təzyiqi bərpa etmək üçün fərman imzaladı


  • 00:59

ABŞ Prezidenti Donald Tramp ABŞ-ın İrana maksimum təzyiqini bərpa etmək üçün fərman imzalayıb.

E-huquq.az xəbər verir ki, məlumatı Ağ Evin mətbuat xidməti yayıb.

Sənədin imzalanması zamanı Amerika lideri ümid etdiyini bildirib ki, Vaşinqton belə təzyiq alətlərindən “çox tez-tez istifadə etmək məcburiyyətində qalmayacaq”.

Qərb mətbuatının yazdığına görə, fərman əsasən İranın nüvə silahı əldə etməsinin qarşısını almaq məqsədi daşıyır. Sənəd həmçinin Vaşinqtonun İran neftinin ixracını azaltmağa yönəlmiş səylərinin gücləndirməsini nəzərdə tutur. Tramp bununla bağlı iddia edib ki, ABŞ İranın digər ölkələrə neft tədarükünü əngəlləmək hüququna malikdir.

Bundan əlavə, Amerika administrasiyasının rəhbəri Tehran rəhbərliyi ilə əlaqə qurmaq niyyətində olduğunu açıqlayıb.

Oxşar xəbərlər