Əhməd əl Şaraa: Suriya Türkiyə ilə münasibətlərin dərin strateji tərəfdaşlığa çevrilməsinə önəm verir


  • 4 Fevral 22:57

Suriya Türkiyə ilə münasibətlərin dərin strateji tərəfdaşlığa çevrilməsinə önəm verir.

E-huquq.az xəbər verir ki, bu barədə Suriya lideri Əhməd əl Şaraa Ankarada Türkiyə Prezidenti Rəcəb Ərdoğanla keçirdiyi birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, Suriya xalqı Türkiyənin son illərdə ölkəyə verdiyi töhfələri heç vaxt unutmayacaq.

"Prezident Ərdoğanın Suriyada keçid prosesinin uğurlu olması üçün göstərdiyi səyləri və istəyini yüksək qiymətləndiririk", - əl Şaraa vurğulayıb.

Oxşar xəbərlər