Helsinki məhkəməsi “Eagle S” tankerinin həbsini təsdiqlədi


  • 4 Fevral 21:10

Helsinki məhkəməsi Finlandiya körfəzində sualtı kabeli zədələməkdə şübhəli bilinərək saxlanılan “Eagle S” neft tankerinin həbsini qüvvədə saxlayıb.

E-huquq.az xəbər verir ki, bu barədə "Yle" portalı məlumat yayıb.

Tanker Finlandiya ərazi sularına aparılaraq Porvoo şəhəri yaxınlığında saxlanılıb.

Portalın məlumatına görə, tankerin doqquz ekipaj üzvü əvvəllər səyahət qadağasına məruz qalmışdı. Sonra polis bir nəfərə qoyulan məhdudiyyəti aradan qaldırıb.

Xatırladaq ki, ötən il dekabrın 25-də Finlandiya və Estoniya arasında Finlandiya körfəzinin dibi ilə uzanan" EstLink 2" enerji kabeli ayrılıb. Finlandiya polisi və sərhədçiləri Kuk adaları bayrağı altında üzən "Eagle S" neft tankerini kabelə ziyan vurmaqda şübhəli bilinərək saxlayıb.

Oxşar xəbərlər