Pakistanda ata "TikTok" videosuna görə qızını öldürdü


  • 16:38

Pakistanlı ata 14 yaşlı qızını "TikTok" şəbəkəsində video paylaşdığına görə güllələyib.

E-huquq.az "Lenta.ru"ya istinadən xəbər verir ki, həmin şəxs qızının ölümü ilə bağlı "naməlum şəxsləri" günahlandıraraq şikayətçi olub.

Lakin müstəntiqlər qətldə ailə üzvlərinin əli olduğunu müəyyən edə biliblər. 14 yaşlı qızın atası və əmisi bu cinayəti planlı şəkildə törətdiklərini etiraf ediblər.

Qeyd edək ki, ailə 28 il ABŞ-da yaşadıqdan sonra Pakistana köçüb.

Humay Eminqızı

Oxşar xəbərlər