ABŞ-də heyvanlarla qəddar rəftar edən şəxsə 475 il cəza verildi


  • 15:43

ABŞ-də heyvanlarla qəddar rəftar etməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, aqressiyanı artırmaq üçün döyüşdürülən, qısa zəncirlərlə kötüklərlə bağlanan, pis qidalanan və sığınacaqsız olan 107 iti istismar etməkdə təqsirləndirilən 57 yaşlı Vincent Lemark Burrell 475 il həbs cəzası alıb.

2022-ci ilin noyabrında Burrellin ABŞ-ın Corciya ştatındakı mülklərindən 107 it götürülüb.

Həmin heyvanlar hazırda heyvanların xilasetmə mərkəzindədir.

Humay Eminqızı

Oxşar xəbərlər