Vəkil adı altında dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanıldı


  • 15:22

Türkiyədə özlərini vəkil kimi təqdim edərək dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, insanlara zəng edərək, özlərini vəkil kimi təqdim edən mütəşəkkil cinayətkar təşkilata qarşı keçirilən "Hücre-7" əməliyyatlarında aralarında təşkilatın lideri də olmaqla 88 nəfər ələ keçirilib, onlardan 61-i həbs edilib.

Daha sonra həmin şəxslərdən 27 nəfəri məhkəmə nəzarəti altında azadlığa buraxılıb.

Əməliyyat nəticəsində çoxlu sayda sənədsiz silah, müxtəlif miqdarda narkotik maddələr, xarici valyuta, türk lirəsi və rəqəmsal materiallar ələ keçirilib.

Daxili işlər naziri Ali Yerlikaya məsələ ilə bağlı istintaq başladıldığını bildirib.

Humay Eminqızı

Oxşar xəbərlər