- 15:43
Türkiyənin İzmir şəhərində FETÖ və PKK/KCK terror təşkilatlarına qarşı keçirilən əməliyyatlarda 16 nəfər saxlanılıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İzmir Şəhər Prokurorluğu sosial mediada terror təşkilatının təbliğatını apardığı müəyyən edilən 10 nəfər haqqında həbs qərarı çıxarıb.
Polis şəhərdə təyin olunan ünvanlarda əməliyyat keçirib. Əməliyyat zamanı 9 nəfər tutulub. Saxlanılan şübhəlilərin ünvanlarında aparılan axtarışlar zamanı silah-sursat və çoxlu sayda rəqəmsal material ələ keçirilib. Digər şübhəlinin tutulması istiqamətində işlər davam etdirilir.
İzmir Prokurorluğu həmçinin FETÖ-nün gizli hərbi strukturunda fəaliyyət göstərdiyi müəyyən edilən 7 nəfər haqqında həbs qərarı çıxarıb. Polis Ankara, Aydın, Hatay, Tokat və Malatyada müəyyən edilən ünvanlara eyni vaxtda əməliyyat keçirib. Əməliyyat zamanı 7 şübhəli saxlanılıb.
Şəbnəm Mehdizadə