- 14:10
ABŞ alimlərinin araşdırmalarına görə son illər insan beynindəki mikroplastik səviyyəsi sürətlə artır.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, plastik tullantıların təbiətə yayılması mikroplastik çirklənmənin də sürətlə artmasına səbəb olub.
Bu, özünü insanın beyin toxumasında da özünü göstərir.
Belə ki, 1997-2024-cü illər arasında aparılan tibbi ekspertizalar zamanı beyin, qaraciyər və böyrək toxumalarında artan miqdarda mikro və nanoplastiklər aşkar edilib.
Mikroplastiklərin insan sağlamlığına təsiri tam məlum deyil, lakin araşdırmalar onların insult və infarkta səbə ola biləcəyini göstərir.
Tədqiqat zamanı demensiya xəstələrinin beyinlərində mikroplastik səviyyəsinin təxminən altı dəfə yüksək olduğu müəyyən edilib.
Araşdırmaya rəhbərlik edən ABŞ-ın Nyu-Meksiko Universitetindən prof. Metyu Kampen və komandası mikroplastiklərin nevroloji xəstəliklərə və ya digər sağlamlıq problemlərinə səbəb olub-olmadığını anlamaq üçün daha geniş tədqiqatlara ehtiyac olduğunu bildirib.
Şəbnəm Mehdizadə