- 14:10
Kanadanın Ontario ştatında ABŞ məhsullarından istifadə edilməyəcək qərarı təxirə salınıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Ontarionun Baş naziri Doug Ford bu barədə payılaşım edib.
O, paylaşımında ABŞ-ın Kanadaya gömrük rüsumlarını 30 gün müddətinə dayandırmaq qərarını şərh edib.
Baş nazir ABŞ-ın gömrük vergilərini dayandırdığı üçün bu addımı atdığını söyləyib.
"Əgər Donald Tramp tarifləri tətbiq etməyə davam edərsə, biz də öz növbəmizdə Amerika məhsullarını rəflərimizdən çıxarmaqdan çəkinməyəcəyik" - deyə baş nazir əlavə edib.
Qeyd edək ki, Ontario Spirtli İçkilərə Nəzarət Şurası hər il təxminən 1 milyard dollar dəyərində Amerika şərabı, pivəsi, spirtli içkiləri və mineral suyu satır. ABŞ prezidenti Tramp fevralın 1-də imzaladığı fərmanla Kanada və Meksikadan idxala 25 faiz, Çindən idxala isə 10 faiz əlavə gömrük rüsumu tətbiq edib. Tramp Meksika prezidenti Klaudiya Şeynbaumla telefon danışığından sonra Meksikanın sərhəd təhlükəsizliyini artırması müqabilində bu ölkəyə tətbiq edilən gömrük rüsumlarını 1 ay müddətinə dayandırdığını açıqlayıb. Daha sonra Tramp Kanadaya gömrük rüsumlarının 30 gün müddətinə dayandırıldığını açıqlayıb.
Şəbnəm Mehdizadə