- 14:10
Egey dənizində son bir həftə ərzində 500-dən çox zəlzələ baş verib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, seysmik aktivliyin artması yüzlərlə insanın Yunanıstanın turizm adası Santorinini tərk etməsinə səbəb olub.
Bölgədə axtarış-xilasetmə qrupları hazır vəziyyətə gətirilib. Bir çox həkim adaya təyin edilib.
Yunanıstanın 4 adasında yerləşən məktəblərdə seysmik aktivliyə görə məktəblər bağlanıb.
Mütəxəssislər zəlzələlərin uzun müddət davam edə biləcəyini qeyd edir.
Yunanıstanın baş naziri Kriyakos Mitsotakisin rəhbərliyi ilə fövqəladə hallar komitəsi toplanıb. Həm Santorinidə, həm də ətraf adalarda görüləcək tədbirlər barəsində iclas keçirilib.
Yunanıstan polisi və yanğınsöndürmə briqadası hazır vəziyyətə gətirilib.
Hökumət əhaliyə çağırış edərək yalnız rəsmi mənbələrdən məlumat almağa çağırıb. Vətəndaşlara qapalı ərazilərə toplaşmamaq, tərk edilmiş binalara yaxınlaşmamaq tövsiyə olunub.
Şəbnəm Mehdizadə