Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib, 46 nəfər saxlanılıb


  • 10:02

Türkiyənin 4 vilayətində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbul Şəhər Prokurorluğu tərəfindən aparılan araşdırmalar çərçivəsində terror təşkilatına maliyyə dəstəyi verən 47 şübhəli müəyyən edilib.

Mərkəzi İstanbul olan 4 vilayətdə terror təşkilatına qarşı keçirilən əməliyyatda 46 nəfər saxlanılıb.

İstintaq zamanı müəyyən edilib ki, şübhəlilər münaqişə zonalarına bağlı şəxslərlə birgə təşkilatçılıq fəaliyyəti həyata keçiriblər.

1 şübhəlinin axtarışları davam edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər