Bir evdə başlayan yanğın digər evlərə də keçdi


  • 09:58

Türkiyənin İstanbul şəhərində fərdi yaşayış evinin qazanxanasında yanğın baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbulun Sarıyer adlı ərazisində yerləşən evin qazanxanasında naməlum səbəbdən yanğın başlayıb.

Sürətlə böyüyən yanğın yaxınlıqdakı mənzillərə də sıçrayıb.

Hadisə yerinə çoxlusayda yanğınsöndürən, polis və təcili yardım qrupları cəlb edilib.

Yaxınlıqdakı evlərdə yaşayan insanlar dərhal təxliyə edilib.

Bir müddət sonra yanğın tamamilə söndürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər