- 14:10
Türkiyənin İstanbul şəhərində ağır yol qəzası baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbulun Sarıyer adlı ərazisində sürücünün qəfil idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi qarşı tərəfdən gələn digər avtomobillə toqquşub.
Hadisə nəticəsində 2 nəfər yaralanıb.
Əraziyə polis, təcili yardım və xilasetmə qrupları cəlb edilib.
Avtomobildə sıxışmış vəziyyətdə qalan sürücü xilasedicilər tərəfindən çıxarılıb.
Yaralılar ətrafdakı xəstəxanalara çatdırılıb.
Şəbnəm Mehdizadə